Bakı 13˚C Cloudy

BMTM Afrikanın beyin mərkəzləri ilə əməkdaşlıqda maraqlıdır

Siyasət 18:24 26 may, 2022

Bu potensialdan istifadə etmək və Afrikanın beyin mərkəzləri ilə əməkdaşlıq etmək istəyirik

BMTM Afrikanın beyin mərkəzləri ilə əməkdaşlıqda maraqlıdır

"Azərbaycan Afrika ölkələri ilə münasibətləri möhkəmləndirməyi davam etdirmək niyyətindədir".

Qazet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.

“Afrika öz təbii ehtiyatları ilə məşhur olsa da, insan resursları baxımından da böyük potensiala malikdir. Bu potensialdan istifadə etmək və Afrikanın beyin mərkəzləri ilə əməkdaşlıq etmək istəyirik”, - Şəfiyev deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələrin 44 günlük müharibə zamanı BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi son dərəcə vacib əhəmiyyət kəsb etmişdi.