Bohem geyim tərzi nədir?
Maraqlı08:2507 aprel, 2021

Bohem 1960-70-ci illərdə Fransada yaranmış, köçkün həyatı yaşayan, eynilə hippilər kimi azad və şəyahətçi ruhlu, bir az da qaraçı mədəniyyətindən gələn bir tərzdir

title
Bizi-da oxuyun

Bohem 1960-70-ci illərdə Fransada yaranmış, köçkün həyatı yaşayan, eynilə hippilər kimi azad və səyahətçi ruhlu, bir az da qaraçı mədəniyyətindən gələn bir tərzdir.

Bu, bir-biri ilə əlaqəsi olmayan əşyaları uyğunlaşdırma bacarığıdır. 

Saf bohemiya əsasında yazılan ilk əsər Henri Mörgerin "Bohemia" romanıdır. 

Bohem rəngli, canlı, azad və çox pul xərcləməyən insanların daha az büdcələrlə fərqli tərz yaratması deməkdir. Müasir moda aləmində dizaynerlər bohem stilinə tez-tez müraciət edirlər.   

Bu tərzdə kətan, məxmər, şifon, ipək, xəz, süet, dəri, pambıq kimi təbii parçalardan istifadə edilir. 

Kovboy papaqlar bohem stilinin əsas atributlarındandır.    

Uzun sarafanlar, yubka və donlar tərzin əvəzolunmaz geyimləridir.

Bəzək əşyaları və bijuteriyalarda təbii materiallardan istifadə edilir. Təbii daşlar və ya əvəzediciləri, eləcə də taxta detallar, üst-üstə taxılan toxunma bilərziklər, quş tükləri, muncuqlardan hazırlanan aksessuarlar bohem tərzi üçün səciyyəvidir.

Bundan əlavə, incə güllərin və rənglərin qarışığı ilə şarm çaları əlavə edən saç bantları və çiçəkli tac kimi saç aksesuarlar da hər zaman aktualdır.  

Bir çox şirkətlər boho tərzində əşyalar istehsal edir. Məsələn, billurdan, mirvaridən və “Swarovski” kristallarından düzəldilmiş "Bohemia Style" bijuteriyalar, “Dolce and Gabbana”nın boho üslubunda olan tac, sırğa və bilərzikləri bütün dünyada populyardır.   

"Frey Wille"da da boho tərzində boyunbağı, sep, daşlarla klon tapmaq olar.

Bohem stilində geyinən birinin qarderobunda 70-ci illərin dəbi olan enli balaqlı, rahat şalvarlara rast gəlməmək qeyri-mümkündür. 

Bohem stili dedikdə ilk olaraq ağıla Keyt Moss, Sienna Miller, Nikole Riçi, Mari-Keyt Olsen, Vanessa Hyucens, İsabel Marant və Mişa Barton kimi qlamurlar gəlir. 

Bu il daha çox boho gəlinlik kolleksiyaları dəbdədir.

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 0
  • 0

Əlaqəli mövzular