Bakı 20˚C Partly sunny

Bona Dea Beynəlxalq Xəstəxanası “LIV Medical Group” ilə müqavilə bağladı - FOTO

Gündəm 12:40 29 iyn, 2022

 Tədbir Bona Dea Beynəlxalq Xəstəxanasının konfrans zalında baş tutub.

Bona Dea Beynəlxalq Xəstəxanası “LIV Medical Group” ilə müqavilə bağladı - FOTO

29 iyun, 2022-ci il, saat 10:00-da Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin bütün dünyada tanınan “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanadı. 

Qazet.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, Bone Dea Beynəlxalq Xəstəxanasının idarəetməsində Türkiyənin dünya şöhrətli şəbəkəsi də iştirak edəcək. 
Müqavilənin bağlanmasında məqsəd iki ölkənin qabaqcıl tibbi qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın Bona Dea Beynəlxalq Xəstəxanası vasitəsilə Azərbaycanda da tətbiqinə zəmin yaratmaqdır. Xəstəxana artıq daha peşəkar tibbi personal və Avropa standartlarına cavab verən heyət ilə xəstələrin xidmətində olacaq.


Müqavilənin imzalanma mərasimində Bona Dea Beynəlxalq Xəstəxanasının baş həkimi Cabir Gülmalıyev və “LIV Medical Group” tibb şəbəkəsinin rəhbəri Muharrem Usta iştirak edərək müqavilənin gələcək perspektivlərindən və Azərbaycan səhiyyəsinə bəxş edəcəyi imkanlardan danışıb. Tədbir Bona Dea Beynəlxalq Xəstəxanasının konfrans zalında baş tutub.


Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən Bona Dea Beynəlxalq Xəstəxanası müasir tibbi texnoloji avadanlıqlarla təchiz edilmiş, ən son yenilikləri izləyən və dünyada müasir standartlara cavab verən ölkənin ən qabaqcıl müalicə ocaqlarından biridir. Həmçinin, Bona Dea tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan Joint Commission International (JCI) Akkreditasiya sertifikatını yüz faizlik (100%) nəticə ilə əldə edərək, bir daha Avropa standartlarına cavab verən tibbi xidmətlərə malik olduğunu sübut etmişdir.