Bakı 13˚C Sunny

Bona Dea Beynəlxalq Xəstəxanasının baş həkimindən AÇIQLAMA

Cəmiyyət 12:47 29 iyn, 2022

Baş həkim Cabir Gülmalıyev yeni müqavilədən danışıb

Bona Dea Beynəlxalq Xəstəxanasının baş həkimindən AÇIQLAMA

 

Bu gün 29 iyun  Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin bütün dünyada tanınan “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanadı. 
Bona Dea Beynəlxalq Xəstəxanasının baş həkimi Cabir Gülmalıyev xəstəxanada hansı sahələr üzrə müalicə aparılması ilə bağlı Qazet.az-a açıqlamasında bildirib.

 Ürək, beyin cərrahiyəsi, ortopediya və travmatalogiya, ginekologiya demək olar ki, bütün səhiyyə sahələri üzrə fəaliyyət göstəririk. Xəstəxanamızda bütün şöbələr mövcuddur. 
Həmçinin burada xəstələrin qalması üçün də şərait yaradılıb. 
Eyni zamanda xəstəxanamızda polikilinka da mövcuddur. 
Tam təchizatlı bir xəstəxana olaraq fəaliyyət göstərir.Bu müqavilə isə verdiyimiz xidmətlərin daha da təkmilləşməsinə kömək olacaq.

Cabir Gülmalıyev 
Bona Dea Beynəlxalq Xəstəxanasının baş həkimi