Bakı 15˚C Mostly sunny

Borrell: AB Bakı-İrəvan razılaşmalarını dəstəkləyir

Gündəm 05:11 19 may, 2022

“Razılaşma əldə edilsə, həqiqətən məmnun olarıq”

Borrell: AB Bakı-İrəvan razılaşmalarını dəstəkləyir

Avropa Birliyi (AB) Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyir, iki ölkənin razılığa gəlmələri istiqamətdə səylərini davam etdirir.

Qazet.az-ın məlumatına görə, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

Brüsseldə keçirilən AB-Ermənistan Assosiasiya Şurasının iclasından əvvəl mətbuata açıqlama verən Borrell Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa Birliyinin buna dəstək verəcəyini vurğulayıb.

"Razılaşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər bu baş verərsə, AB sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”, - AB rəsmisi deyib.