Bakı 15˚C Mostly sunny

Boyanalı aş : Şuşa mətbəxinin incilərindən-VİDEO

Maraqlı 19:40 30 apr, 2022

Qarabağ mətbəxindən plov növü - boyanalı aş, mövsümün möhtəşəm dadı

Boyanalı aş : Şuşa mətbəxinin incilərindən-<span style="color:red">VİDEO</span>

Azərbaycan mətbəxinin şahı sayılan plovun 200-dən artıq növü var. Düyüdən ən mükəmməl və müxtəlif plovlar, xörəklər, qəlyanaltılar hazırlanır.

Qarabağ mətbəxi nümunəsi olan boyanalı aş Azərbaycan mətbəxinin ən dadlı təamlarından biridir. Mövsümi qidalar arasında boyanalı aşın öz xüsusi yeri var. Boyana bitkisi təzə çıxarkən, yəni yazın əvvəlində süfrələrimizi bəzəyən plov möhtəşəm ətri və dadı ilə mətbəximizin vazkeçilməz təamlarından sayılır. ELƏCƏDƏ BAX : Çoxlarının tanımadığı boyana bitkisinin faydaları - Körpələrin və anaların ən yaxın dostu

Qazet.az oxucularına  bölgələrimizdə məşhur plov növü sayılan boyanalı aş adıyla bilinən bu ləziz plovun hazırlanması qaydasını  təqdim edir:

Tərkibi:
Düyü – 500 qr.
Boyana – 1 dəstə
Yağ – 80
Yumurta – 2 ədəd
Duz – 30 qr
Hazırlanması:
Düyü ilıq duzlu suda 3 saat saxladıqdan sonra qaynadılır. Bişəndə doğranmış
boyana əlavə edilib süzülür. Qazanın dibinə ət düzülür. Düyüyə yağ əlavə edilib
dəmə qoyulur. Zövqə görə üzərinə yumurta da vurmaq olar.
 


Boyanalı aş -Ağdam
Tərkibi:
Düyü – 1 kq
Yağ – 300 qr
Boyana – 80 qr
Yumurta – 2 ədəd
Duz -60 qr, istiot – 3qr.
Hazırlanması:
Düyü qаynаdılır, bоyаnа хırdа dоğrаnаrаq əlаvə оlunur. Süzüldükdən yumurtа ilə çаlınmış bişmiş düyüdən qаzmаq hаzırlаnır. Yаğ çilənərək düyü tiyаnа tökülür və dəmə qоyulur. Dəmə qоyulаrkən nеçə nəfər üçün nəzərdə tutulubsа, о sаydа düyünün üzərində оyuqlаr аçılır və hər оyuğа bir ədəd yumurtа çаlınаrаq düyü ilə üstü örtülür. Təхminən 1,5-2 sааt dəmdə qаldıqdаn sоnrа süfrəyə vеrilir.

Boyanalı aş - Bərdə
Tərkibi:
Düyü – 1 kq.
Yağ – 300 qr.
Qoyun əti – 1 kq.
Soğan – 1 ədəd – 80 qr
Boyana – 1 dəstə – 80 qr
Yuxa – 3-4 ədəd
Duz – 60 qr
Hazırlanması:
Qoyun ətinin üzərinə 1 litr su tökülüb qaynadılır. Ətin kəfi alındıqdan sonra 1 baş
soğan salınıb vam odda bişirilir. Düyü dəmləmək üçün düyü əvvəlcədən ilıq duzlu
suda saxlanılır. Su qaynadıqda içərisinə duz və bir çimdik limon turşusu tökülür.
İslanmış düyünün duzu yuyulub qaynayan suya tökülür. Düyü bişdikdən sonra
süzülür. Qazanın dibinə qazmaq üçün yuxa salınıb yağlanır, arasına doğranmış
boyana səpməklə düyü dəmə qoyulur. Üzərinə ərinmiş yağ tökülür. Ət bişdikdən
sonra zövqə görə ya düyünün arasına düzülür, ya da ayrıca kasalarda suyu ilə
birlikdə süfrəyə verilir. Yeyilən zaman aşın üzərinə qoyulur.

Nəticə:
Boyanalı aşın hazırlanmasında istifadə olunan ərzaqlar demək olar ki,
eynidir, bəzi fərqlər var. Şuşa və Ağdamda boyanalı aş hazırlanarkən ətdən
istifadə olunur. Şuşa rayonunda boyanalı plova soğan, yuxa, limon turşusu da
əlavə olunur. Hazırlanma qaydası isə demək olar ki, eynidir. Sadəcə Ağdamda
bu plovu hazırlayarkən neçə nəfər üçün nəzərdə tutulubsa o sayda düyünün
üzərində oyuqlar açılır və hər oyuğa bir ədəd yumurta çalınaraq düyü ilə üstü
örtülür.Şuşadan fərqli olaraq ət qazanın dibinə düzülmür, bişdikdən sonra
zövqə görə ya düyünün arasına düzülür ya da ayrıca kasalarda suyu ilə birlikdə
verilir.


Mənbə, T . Əmiraslanov. Qarabağ Mətbəxi kitabı.