Brayza: "Sərhəd məsələsində yeganə önəmli kənar oyunçu Rusiyadır" - ÖZƏL
Aktual14:5427 may, 2021

Bu fikirləri Qazet.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza səsləndirib

<strong>Brayza: "Sərhəd məsələsində yeganə önəmli kənar oyunçu Rusiyadır" - ÖZƏL</strong>
Bizi-da oxuyun

"Ermənistan-Azərbaycan sərhədindəki kimi bir vəziyyət hər zaman kəskinləşə bilər, amma hazırkı durumun iki ölkə arasında silahlı qarşıdurmanın yenidən başlanmasına səbəb olacağını düşünmürəm".

Bu fikirləri Qazet.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza səsləndirib.

O bildirib ki, Azərbaycan sadəcə geri qaytardığı ərazilərə nəzarəti bərpa edir:

“Düşünürəm ki, Azərbaycan sadəcə 44 günlük müharibədən sonra geri qaytardığı ərazilərə nəzarəti bərpa edir və sərhədlər demarkasiya olunmadıqda bu cür mübahisələr qaçılmazdır. Ancaq ciddi silahlı qarşıdurmanın olacağına inanmıram, çünki Ermənistan bu cür əməliyyatlar aparmaq iqtidarında deyil və Azərbaycanın da buna can atdığını düşünmürəm. Azərbaycan qanuni tələblərindən çıxış edir”.


"Hesab edirəm ki, Prezident İlham Əliyev Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı danışıqların gələcək mərhələlərinə hazırlaşır və Azərbaycanın bu məsələdə ən yaxşı mövqedə olmasına çalışır. Bu müzakirələr şübhəsiz ki, Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra baş tutacaq".

- Metyu Brayza


Sabiq səfir qeyd edib ki, hazırkı məsələ Azərbaycan və Ermənistanın arasında ikitərəfli mövzudur və burada yeganə önəmli kənar oyunçu kimi Rusiya çıxış edə bilər:

"Ermənistanda baş nazir vəzifəsini icra edən Paşinyanın artıq Azərbaycanla bir növ ilkin razılıq əldə etməsi və ya sərhəd demarkasiyası ilə bağlı bir razılaşma üzərində işləməsi barədə mübahisələr var və mənim fikrimcə, bu müzakirələr sərhəd xəttinin çəkilməsi ilə deyil, bəlkə də gələcəkdə bu sərhəd xəttinin çəkilməsi üçün gedəcək proseslə əlaqədardır.

İrana gəldikdə, onların bu məsələdə hər hansı bir rolu olduğunu düşünmürəm. Bu, Azərbaycanla Ermənistan arasında ikitərəfli bir mövzudur. İranın bu iki ölkə arasındakı qarşıdurmada heç bir marağı yoxdur. Onların Ermənistanla yaxşı münasibətləri var və Azərbaycanla da möhkəm əlaqələr qurmaq istəyirlər. Hazırda bu məsələdə yeganə kənar oyunçu Ermənistanla Azərbaycan arasındakı sərhəd mübahisəsinə vasitəçilik edən Rusiyadır", - Brayza əlavə edib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0