Bakı 25˚C Sunny

BŞİH: "Yağış sularını yığan şəbəkələr “Azərsu”-yun və AAYDA-nın xidmət dairəsindədir"

Siyasət 12:20 01 okt, 2021

Həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalı olduqları vurğulanıb

BŞİH: "Yağış sularını yığan şəbəkələr “Azərsu”-yun və AAYDA-nın xidmət dairəsindədir"

Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir, lakin bu İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür.

Qazet.az  xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərdliyi də paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair keçirilən videokonfrans formatında müşavirədə deyilib.

Müşavirədə icra başçılarına “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalı olduqları vurğulanıb.