Baltikyanı ölkələr son həftələr ərzində 3 sorğu təqdim ediblər, onlardan sonuncusu dünən təsdiqlənib
ABŞ Dövlət Departamenti Latviya, Litva və Estoniyaya (NATO müttəfiqləri - red.) Amerika silahlarının Ukrayna silahlı qüvvələrinə verilməsinə icazə verib.
Qazet.az xəbər verir ki, bu barədə “Politico” Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Baltikyanı ölkələr son həftələr ərzində 3 sorğu təqdim ediblər, onlardan sonuncusu dünən təsdiqlənib.
Qəzet qeyd edir ki, Riqa, Vilnüs və Tallin Dövlət Departamentinin icazəsi olmadan Kiyevi silahlandırmağa başlaya bilməzdi. Çünki bu, ixraca nəzarət qaydalarını pozar.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Amerikanın Ukraynaya göstərdiyi hərbi yardımı 600 milyon dollar həcmində qiymətləndirib.
Bundan əvvəl “İzvestiya” Qərbin hava resurslarının məlumatlarına istinadən yazırdı ki, cümə axşamı, yanvarın 20-nə keçən gecə Britaniya silahlı qüvvələrinə məxsus C-17A “Globemaster” III ağır hərbi-nəqliyyat təyyarəsi Kiyev yaxınlığındakı Borispol aerodromuna enib. Yanvarın 17-dən Böyük Britaniya Hərbi Hava Qüvvələri 8 belə uçuş təşkil edib. Ukrayna hərbçilərinə bir neçə min tank əleyhinə idarə olunan raketin tədarükü Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi tərəfindən təsdiqlənib.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi öz növbəsində bildirib ki, Almaniya ərazi münaqişəsi olan ölkələrə, xüsusən də Ukraynaya silah satışını qadağan etmək siyasətinə sadiq qalmağa davam edəcək.
Rubl rekord dərəcədə BAHALAŞDI
Xərçəngin dərmanı tapıldı - İlk sınaq keçirildi
DYP “TEKNOFEST Azərbaycan” tədbiri ilə bağlı sürücülərinə müraciət edib
Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu
1981-ci ilə kimi doğulanlara meymun çiçəyi qorxulu deyil - SƏBƏB
Yağıntılı hava nə qədər davam edəcək?
Zakir Həsənov təlimi izlədi: tapşırıqlar verdi - VİDEO
Bakıda maraqlı təbiət hadisəsi kameraya düşüb - FOTO/VİDEO
Prezident atasının atına da heykəl qoydurur
Bu yol təmir olunur - VİDEO
Fikriniz
- Rəy yazın
- Rəylər
- Rubl rekord dərəcədə BAHALAŞDI
Avronun məzənnəsi 0,7 % artaraq 1,8128 manat, Rusiya rublunun məzənnəsi isə 4,7% artaraq 0,0292 manat təşkil edib
İqtisadi11:02 24.05.2022 - Xərçəngin dərmanı tapıldı - İlk sınaq keçirildi
Dərmanın sağlam hüceyrələri qoruyaraq xərçəng hüceyrələrini aşkarlayan və hədəf alan "onkolitik virus" kimi işlədiyi bildirilir
Səhiyyə / sağlamlıq10:56 24.05.2022 - DYP “TEKNOFEST Azərbaycan” tədbiri ilə bağlı sürücülərinə müraciət edib
İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov müraciətdə bildirib
Azərbaycan10:52 24.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Gündəm
Hamısına bax