Bakı 13˚C Cloudy

Bu da son: “Buz dövrü”nün dələsi 20 il sonra arzusuna çatdı - VİDEO

Maraqlı 18:21 16 apr, 2022

“Son” (“The End”) adlı video “Blue Sky Studios” əməkdaşları tərəfindən studiya bağlanmazdan əvvəl “öz şərtləri ilə vida olaraq” hazırlanıb

Bu da son: “Buz dövrü”nün dələsi 20 il sonra arzusuna çatdı - VİDEO

“Disney”in ötən il pandemiya səbəbilə fəaliyyətini dayandırdığı “Blue Sky Studios”un rəssamları “Buz dövrü”nün (“Ice Age”) “Skrat” adlı dələsinin 20 il arxasınca düşdüyü palıd qozasını nəhayət yediyi ilə bağlı video yayımlayıblar.

Bildirilir ki, “Son” (“The End”) adlı video “Blue Sky Studios” əməkdaşları tərəfindən studiya bağlanmazdan əvvəl “öz şərtləri ilə vida olaraq” hazırlanıb.

“Blue Sky Studios” koronavirus pandemiyası zamanı maliyyə çətinlikləri səbəbindən bağlanıb. ABŞ-ın animasiya studiyası “Buz dövrü” ilə yanaşı, “Rio”, “Titan A.E.” və “Robotlar” kimi cizgi seriyaları ilə tanınır. Studiyanın ən son layihəsi isə “Ice Age: Scrat Tales” qısametrajlı filmi olub.

Mənbə: ÇS İnfo