Bakı 15˚C Mostly sunny

Bu dərmanlar xərçəngə səbəb ola bilər

Cəmiyyət 15:52 14 iyn, 2022

Bunlar xərçəngin inkişafına səbəb olan amillərdir

Bu dərmanlar xərçəngə səbəb ola bilər

Onkoloq, tibb elmləri namizədi, NAKFF klinikasının baş həkimi Anton İvanov bəzi dərmanların insanda xərçəngin inkişafına səbəb ola biləcəyini söyləyib.

Qazet.az xəbər verir ki, həkim estrogen (qadın cinsi hormonları) ehtiva edən farmakoloji preparatlar insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalını artırdığını qeyd edir.

Bundan əlavə alkoqol istehlakı şişlərin (xüsusən də sinədə, bağırsaqda, qida borusunda, başda, boyunda, sidik yollarında) yaranmasına səbəb ola bilər.

Eyni zamanda siqaretçəkmə və digər mənfi vərdişlər də xərçəngin yaranmasına gətirib çıxaran amillərdəndir. Qeyd edək ki, ağciyər xərçəngi həmişə yalnız siqaret çəkənlərdə özünü göstərmir. Şişlər 10-25 hallarda heç vaxt siqaret çəkməyən insanlarda da meydana gəlir.