Bakı 23˚C Partly sunny

Bu gecə arzularınız ÇİN OLACAQ

Maraqlı 11:32 21 dek, 2021

Bu gecə insanlar üçün həm arzu, həm də niyyət gecəsi olub

Bu gecə arzularınız <span style="color:red">ÇİN OLACAQ</span>

Bu gün payızın son, qışın ilk gecəsi, ilin ən uzun və ən qaranlıq gecəsi olacaq.

Qazet.az xəbər verir ki, bu gecə “Çilə gecəsi” də adlandırılır. 

Klassiklər bu günü vəsf edib, gözəlin uzun və qara saçlarına, zil qara gözlərinə bənzədiblər, “Şəb-i Yəlda” ("Yəlda gecəsi") deyiblər. Xalqımız isə həmin günü bayram edib, işıqlı günlərin məhz ilin bu ən uzun qaranlıq gecəsindən doğulduğuna inanıblar...

Böyük çillənin gəlişi ilə keçirilən bayramın magik xarakter daşıdığını söyləyən folklorşünas alim Azad Nəbiyev həmin bayram barədə yazırdı ki, "Novruza hələ doxsan gün qalmış, yəni qışın- Böyük çillənin girməsi ilə bağlı xalq arasında çillə şənlikləri keçirilərdi və müxtəlif nəğmələr oxunardı. Bu gecə şəmsi təqvimilə dey ayının və qışın başlanğıc gecəsidir. Novruz bayramına üç ay qalmışa təsadüf edən bir gecədir. Qırx gün davam edən böyük çillənin ilk günüdür. Miladi tarixi ilə dekabrın 21-dən 22-nə keçən ən uzun qaranlıq gecə böyük çillənin girməsi ilə bağlıdır. Bu çillənin ömrü qırx gün davam edir deyə xalq əvvəlcədən qışa tədbir görərdi. 

Əvvəlki illərdə qış ayları çox sərt, soyuq keçirmiş. Ona görə də insanlar qışın gəlişini ruh yüksəkliyi, bol süfrə ilə qarşılayırlar ki, qış ağır keçməsin. Dağlıq ərazidə yaşayanlar bu bayramı daha önəmli keçirirlər. Əvvəlcədən bolluq üçün ərzaq tədarükü edilirdi. Qışın başlamasından daha çox çobanlar narahat olduqları üçün süfrədə təmtəraq yaradırdılar ki, üzümüzə gələn il, inşallah, bolluq ili olsun, mal-qara aclıqdan, soyuqdan əziyyət çəkməsin. Bu bayram gecəsi Tanrıya nəzir-niyaz deyilib ki, qış yaxşı keçsin, qarşıdan gələn yazda taxıl, meyvə, tərəvəz bol olsun. Qarşıdakı illərin, ayların xoş gəlməsi üçün aylı gecədə, isti sobanın kənarında oturub səhərə kimi nağıllar, dastanlar, qaravəllilər söyləyərmişlər. Gecədən sübhə kimi insanlar dua edərmişlər ki, qışdan yaza sağ-salamat çıxsınlar. Bu gecə insanlar üçün həm də arzu, niyyət gecəsi olub. Yəlda gecəsində insanlar çalışırlar ki, yatmasınlar”.