Bu gün Ceki Çanın doğum günüdür
Maraqlı15:0207 aprel, 2021

Ceki gənc yaşlarından bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başlayıb

title
Bizi-da oxuyun

Əsl adı Çan Konq Sanq olan Çin və Hollivud aktyoru, döyüş və kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin ulduzu Ceki Çan 7 aprel 1954-cü ildə Honq Konqda dünyaya gəlib.

Ceki gənc yaşlarından bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başlayıb. O, ən yaxşı və qorxulu işləri yerinə yetirən dublyor kimi tanınmağa başlayıb. Asiyada ən hündürə tullanan insan kimi də məşhurlaşıb.

O, daha sonra təkcə dublyor kimi yox, hətta bir çox kinolarda epizodik obrazların da ifaçısı kimi də rol almağa başlayıb.

Ceki Çan ilk əhəmiyyətli baş rol təklifini isə 1973–cü ildə "Kvantunqun balaca pələngi" adlı filmi üçün alır. Brüs Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun davamçısı adlandırırdı. Hətta rejissor Lo Vey ona "Sinq Lunq" adını da vermişdi. Bu ad isə "əjdaha olmaq" mənasını verir. Bu ləqəblə əvvəllər Brüs Li tanınırdı.

Image

 

Ceki Çanın yaratdığı komediya janrında döyüş filmləri uğur qazanmağa başladı. Xüsusilə, "Sərxoş usta" və "Qorxusuz kaftar" adlı filmlər həmin müddətdə çəkilən ilk kinolar idi. Bu filmlərlə birlikdə Ceki Çanın uğuru düşünülməz dərəcədə yüksəldi və o, Honkonqda ən bahalı aktyor adını qazandı. Bundan sonra o, özü ssenari yazmağa başladı və öz kinolarının rejissoruna çevrilərək, hətta onlara aid musiqilər də yazırdı. 

Onun ABŞ-da ən böyük maraq oyadan, diqqət cəlb edən, pərəstişkarları tərəfindən sevilən filmi isə 1998-də çəkilən "Pik saatı" oldu. Bu filmdə Ceki komediya rollarında daha çox oynayan amerikan aktyoru Kris Takerlə birlikdə iştirak etdi.

Daha sonra isə 2001-ci ildə “Pik saatı”nın ikinci hissəsi çəkildi. Həmin kino 10 həftə ərzində ümumilikdə 200 milyon dollara yaxın pulun qazanılması ilə nəticələndi.

Məşhur aktyorun son filmi “Vanguard” (2020-ci il) adlanır.

Ceki Çan 1982-ci ildə tayvanlı aktrisa Joan Lin ilə evlənib. Ondan bir oğlu, müğənni və aktyor Ceysi Çan dünyaya gəlib.

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 0
  • 0