Bakı 20˚C Mostly sunny

Bu gün neçə nəfər peyvənd olunub?

Cəmiyyət 18:53 27 noy, 2021

Koronavirus (COVID-19) əleyhinə 33 190 vaksin vurulub

Bu gün neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 190 vaksin vurulub.

Qazet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 805, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 23 554 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 10 460 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 071 264, ikinci mərhələ üzrə 4 555 457, "buster" doza üzrə isə 833 399 nəfər təşkil edir.