Bakı 23˚C Mostly sunny

"Bu günədək 41 minə yaxın şəxsə təkrar əlillik təyin edilib" - Sahil Babayev

Gündəm 17:16 11 okt, 2021

Əmək və əhalinin sosial müdafiəsi naziri bu günə qədər 2 mindən artıq qazimizə əlillik təyin olunduğunu qeyd edib

"Bu günədək 41 minə yaxın şəxsə təkrar əlillik təyin edilib" - <span style="color:red">Sahil Babayev</span>

"Bu il 190 minə yaxın 5 illik əlillik müddəti bitən şəxs olub. Bununla bağlı bu il kimsənin əlilliyə görə aldığı müavinət kəsilməyib. Belə bir qərar qəbul edilməyib. Yanlız qanunvericiliklə müəyyən olunmuş 5 illik əlillik müavinəti alan şəxslərin təkrar qiymətləndirilməsi aparılır".

Qazet.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu günə qədər 40 mindən çox əlilliyi olan şəxsə təkrar əlillik təyin edilib: "Bu da ötən illə müqayisədə iki dəfə artıq deməkdir. Bu proses şəffaf və tam şəkildə icra olunur. Proses iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində qiymətləndirmə aparılır. Bu günə qədər 41 minə yaxın vətəndaşımız əlliklə təyin olunub. Vətən müharibəsi zamanı yaralanmış 2 mindən artıq qazimizə də əlillik təyin olunub. Bu proses şəffaf şəkildə icra olunmağa davam edir".