Bakı 15˚C Sunny

Bu il Təminat Fonduna ödəniləcək borcların 12 %-i bərpa edilib

Biznes 18:16 13 avq, 2022

Sənədə əsasən, hesabat dövründə Təminat Fondun təkrar borc sazişlərindən nəzərdə tutulmuş daxilolmalarının 11,9 %-i icra edilib

Bu il Təminat Fonduna ödəniləcək borcların 12 %-i bərpa edilib

Bu ilin yanvar-iyul aylarında Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna 83,8 milyon manat vəsait daxil olub, fonddan isə 100,2 milyon manat, 4,9 milyon ABŞ dolları və 768,3 min avro xərclənib.

Qazet.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik xülasəsi”ndə bildirilib.

Sənədə əsasən, hesabat dövründə Təminat Fondun təkrar borc sazişlərindən nəzərdə tutulmuş daxilolmalarının 11,9 %-i icra edilib.

Təminat Fondunun əsas daxilolma mənbələri bərpa müqavilələri və təkrar borc sazişləri (76,3 milyon manat), yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlirlər (7 milyon manat), digər (450 min manat) və dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqqlardan formalaşıb (20 min manat).

Bu il iyulun 1-nə dövlət zəmanəti ilə alınan borcların Fond tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat xarici və daxili dövlət borcu üzrə 2022-ci ildə qaytarılması nəzərdə tutulan 639,4 milyon manatdan, 6 ayda 76,3 milyon manat (proqnozun 11,9%-i) bərpa edilib.

Qeyd edək ki, bu il yanvarın 1-nə Təminat Fondunun qalığı 24 milyon manat və 480 milyon ABŞ dolları olub.