Bakı 7˚C Windy

Bu işçilərin orta aylıq əməkhaqqı artıb - RƏSMİ

Gündəm 22:37 15 dek, 2021

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.

Bu işçilərin orta aylıq əməkhaqqı artıb - RƏSMİ

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olub.

“Qazet.az” bu barədə açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda 674 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.