Bakı 24˚C Sunny

Bu məhsul orqanizmi təmizləyir, ömrü uzadır

Cəmiyyət 06:00 12 iyl, 2022

Bədən üçün ən faydalı qidalar tərkibində heyvan zülalı olan məhsullardır. 

Bu məhsul orqanizmi təmizləyir, ömrü uzadır

Dermatoveneroloq Yuliya Andreanova dərinin gözəlliyini qoruyub saxlamaqla yanaşı, ömrü uzadan məhsulların adını açıqlayıb.

Qazet.az xəbər verir ki, mütəxəssis bu barədə “VM.ru”ya danışıb. Həkimin sözlərinə görə, dənli bitkilər yaxşı sovrulur və orqanizmi təmizləməyə kömək edir. Həmçinin rasiona tərəvəz, meyvə, göyərti və giləmeyvə əlavə edilməlidir. Həkimin sözlərinə görə, fermentləşdirilmiş süd məhsulları da ömrü uzadır. Həkim süd məhsullarının bağırsaq mikroflorasını normallaşdırdığını qeyd edib.

“Bədən üçün ən faydalı qidalar tərkibində heyvan zülalı olan məhsullardır. Bunlar balıq və toyuqdur. Dəniz məhsulları insanlar üçün yod mənbəyinə çevrilə bilər. Həmçinin endorfin mənbəyi olduğu üçün tünd şokolad yemək tövsiyə edilir”, - Y.Adreanova bildirib.

Diyetoloq əlavə edib ki, xüsusilə şirin meyvələrin gündəlik rasionuna daxil edilməsi və hədsiz qəbulu çəkinin və qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər.