Bakı 16˚C Partly sunny

Bu məktəbin 5-11-ci sinif şagirdlərinə iki fənn üzrə dərs deyən müəllim yoxdur - VİDEO

Cəmiyyət 18:30 16 okt, 2021

Cəmi bir riyaziyyat müəllimi var, kimya müəllimi isə ümumiyyətlə yoxdur

Bu məktəbin 5-11-ci sinif şagirdlərinə iki fənn üzrə dərs deyən müəllim yoxdur - VİDEO

Cəmi bir riyaziyyat müəllimi var, kimya müəllimi isə ümumiyyətlə yoxdur. 5-11-ci siniflərin hər iki fənn üzrə təhsili qalıb Allahın ümidinə...

Qazet.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Nizami rayonunda yerləşən 201 nömrəli tam orta məktəbin rus bölməsindən gedir.

Dərslərə ənənəvi qaydada başlanan gündən, yəni sentyabrın 29-dan bu məktəbdə təhsil alan bəzi siniflər riyaziyyat müəlliminin üzünə həsrət qalıblar.

Məktəbin direktor əvəzi Nəriman Vəliyev deyib ki, rus bölməsində riyaziyyat fənni üzrə cəmi 1 müəllim var ki, o da bəs etmir.

Bəzən rəhbərlik çarəsiz qaldığından Azərbaycan bölməsinin müəllimlərini də bu siniflərə göndərir, lakin bu da şagirdləri qane etmir.

Acınacaqlısı odur ki, rus bölməsinin şagirdləri bu gündən məktəbdə olan yeganə kimya müəllimini də itiriblər. O, öz hesabına məzuniyyətə çıxıb və xarici ölkələrdən birinə yollanıb.

Direktor bildirib ki, bu vakansiyanı aidiyyəti quruma bildiriblər və cavab gözləyirlər.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məsələdən xəbərdardır. "Xəzər Xəbər"in çəkilişindən sonra riyaziyyat fənni üzrə vakansiya artıq təmin olunub. Kimya fənninə gəlincə isə, problem digər məktəblərdən müəllim dəvət edilərək həll olunacaq.

Qeyd edək ki, hazırda əksər məktəblərdə rus bölməsi ilə bağlı böyük problemlər yaşanır. Nizami rayonu 214 nömrəli məktəbdə texnologiya və riyaziyyat , 32 nömrəli məktəbdə ingilis dili, 61 nömrəli məktəbdə isə təsviri incəsənət müəllimi çatışmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: