Bakı 17˚C Cloudy

“Bu, müstəqil dövlətçiliyin dağılması təhlükəsi ilə doludur” - Erməni deputat

Siyasət 14:26 26 okt, 2021

Erməni deputat türk baxışının rəhbər tutulmasını dövlətçilik üçün təhlükə hesab edir

“Bu, müstəqil dövlətçiliyin dağılması təhlükəsi ilə doludur” - <span style="color:red">Erməni deputat</span>

“Ermənistan dövlət olaraq bu çətin geosiyasi dəyişikliklər dövründə Zəngəzur və Qarabağın rolunu amil kimi dərk etməli, türk təhdidini neytrallaşdırmaq və nəsillərin maraqlarına xidmət etmək baxımından türk xeyirxahlığını gözləməməli və sülhü təsdiq etməklə bağlı türk baxışını rəhbər tutmamalıdır, bu, müstəqil dövlətçiliyin dağılması təhlükəsi ilə doludur”.

Qazet.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rustamyan deyib.
Onun sözlərinə görə, bu kontekstdə regional oyunçular təkcə Rusiya və İran deyil, həm də Çin və Hindistandır.
“Ermənistanı bu çantadan çıxaran və geosiyasi xətdə saxlayan bu gün Zəngəzurdur”, - deyə Rustamyan qeyd edib.