Bakı 16˚C Partly sunny

Bu ölkə Türkiyədən 18 qırıcı ala bilər

Gündəm 22:58 23 okt, 2021

Hərbi Hava Qüvvələri 18 ədəd yüngül qırıcı təyyarə almaq üçün 6 şirkətə təklif göndərib

Bu ölkə Türkiyədən 18 qırıcı ala bilər

Malayziya Kral Hərbi Hava Qüvvələri 18 ədəd yüngül qırıcı təyyarə almaq üçün 6 şirkətə təklif göndərib.

Qazet.az xəbər verir ki, bu şirkətlər arasında Türkiyənin TUSAŞ şirkəti də yer alıb.

Əgər razılıq əldə olunsa, Türkiyə “Hürjet” yüngül qırıcılarını sata bilər.

Malayziyanın dövlət büdcəsindən qırıcılar üçün 961,6 milyon dollar pul ayırdığı deyilir. Bu büdcənin yarısının (480,8 milyon dollar) xam palma yağı və ya palma yağı məhsulları hesabına qarşılanması hədəflənir.