Bakı 15˚C Mostly sunny

Bu ölkədə BMT-nin 7 sülhməramlısı həlak oldu

Gündəm 00:12 09 dek, 2021

Heç bir qrupun məsuliyyəti üzərinə götürmədiyi açıqlanıb.

Bu ölkədə BMT-nin 7 sülhməramlısı həlak oldu

Malinin mərkəzində partlayış nəticəsində BMT-nin 7 sülhməramlısı həlak olub, 3-ü ağır yaralanıb.

“Qazet.az” xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki missiyası Tvitterdə bildirib.

Qeyd edilir ki, logistika karvanı “Əl-Qaidə” və İŞİD-lə əlaqəli qrupların olduğu Duentza və Sevare şəhərləri arasında əldəqayırma partlayıcı qurğunu vurub.

Heç bir qrupun məsuliyyəti üzərinə götürmədiyi açıqlanıb.