“Bu uşaqlar avtoritarizmə güvənirlər" - Bayden ABŞ və Çin liderləri haqqında
Aktual10:4522 iyul, 2021

Bu barədə Ağ Ev rəhbəri CNN-in efirindəki canlı yayım zamanı qeyd edib

<strong>“Bu uşaqlar avtoritarizmə güvənirlər" - Bayden ABŞ və Çin liderləri haqqında</strong>
Bizi-da oxuyun

ABŞ prezidenti Co Bayden Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin avtokratiyaya (nəzarətsiz və qeyri-məhdud tamhakimiyyətlilik forması - red.) arxalandıqlarını bildirib.

Qazet.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri CNN-in efirindəki canlı yayım zamanı qeyd edib.

“Çin prezidenti Si Cinpinlə danışdım. Onu yaxşı tanıyıram, sərt oğlandır. O, XXI əsrdə oliqarxların söz sahibi olacağına həqiqətən inanır. Zarafat deyil. Ona görə, XXI əsrdə demokratiya işləyə bilməz. O düşünür ki, avtokratiya altında xalqı daha tez birləşdirmək olar”, - Bayden deyib.

ABŞ lideri yaxşı tanıdığı Putinlə də söhbət etməyə vaxt ayırdığını əlavə edib:

“Bu uşaqlar avtoritarizmə güvənirlər. Zarafat etmirəm. Demokratiya ayağa qalxıb nəyə qadir olduğumuzu göstərməlidir".

Kanan Abid

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0