Bakı 21˚C Sunny

Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi

Gündəm 17:52 01 iyl, 2022

Bu barədə Kiyev vilayətinin prokurorluğu məlumat yayıb

Buçada qətliam törətmiş rusiyalı komandir beynəlxalq axtarışa verildi

Buçada dinc əhalinin qətli və işgəncə edilməsində ilk şübhəli şəxs - Rusiya Federasiyası Milli Qvardiyasının Federal Xidmətinin Ulyanovsk vilayəti üzrə komandanlıq hissəsinin komandiri Serxii Kolotsey beynəlxalq axtarışa verilib.

Qazet.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin prokurorluğu məlumat yayıb.

“İndi o, beynəlxalq axtarışa verilib. Biz onun Buçadakı digər qətllərdə də əli olub-olmadığını yoxlayırıq ”, - deyə agentlikdən bildirilib.

Prokurorluq qeyd edib ki, Kolotsei ilə bağlı ibtidai istintaq hələ də davam edir. O, xüsusilə, mülki əhaliyə qarşı qəddar rəftarda və müharibə qanunlarının və qəsdən adam öldürmələrdə şübhəli bilinir.

Sübutlar arasında şahidlərin ifadələri, ekspertizanın nəticələri, o cümlədən portret müayinələri var.

Qeyd edildiyi kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma zamanı müəyyən ediblər ki, Kolotsei digər rus hərbçiləri ilə birlikdə Buçanın Yablunska küçəsində 4 mülki şəxsi qətlə yetirib. O, əvvəlcə qurbanlarına işgəncə verib, sonra isə güllələyib. Onların cəsədləri əlləri arxadan bağlanmış və zorakılıq izləri ilə tapılıb.