Bakı 13˚C Sunny

"Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb" - Hər şey belə başladı

Tarix 11:18 27 sen, 2021

Bir il bundan əvvəl tariximizin qızıl səhifəsi yazılmağa başladı

"Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb" - <span style="color:red">Hər şey belə başladı</span>

"Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb".

Bir il əvvəl bu saatlarda Müdafiə Nazirliyi belə bir xəbər paylaşmışdı. Bununla da Azərbaycan xalqı qürurlu bir sabaha oyandı. Silahlı Qüvvələrimizin və xalqımızın rəşadəti ilə tariximiz qızıla boyandı.

Müharibənin ilk günündə ordumuzun şəxsi heyəti və tank bölmələri raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirdilər.

Bu xəbərlə başlayan əməliyyatlar 44 gün davam etdi və Azərbaycan öz sərhədlərini və ərazi bütövlüyünü bərpa etdi. 

Vətən müharibəsində xalq ordunun dayağında durdu. Müharibələr itkisiz olmur, şanlı zəfərimizdə 2907 nəfər şəhidliyə ucaldı.

Azərbaycan xalqı himnimizin bu sözlərini həqiqətə çevirdi:

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Şəhidlərimizi hörmətlə yad edirik!