Bakı 13˚C Cloudy

BVF: Azərbaycanda iqtisadi bərpanın drayveri qeyri-neft sektorudur

Biznes 18:43 19 okt, 2021

2020-ci ilin yekunlarına görə, icmal büdcənin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-nə bərabər olub

BVF: Azərbaycanda iqtisadi bərpanın drayveri qeyri-neft sektorudur

Azərbaycan iqtisadiyyatının hazırkı bərpasının əsas drayverləri qeyri-neft sektoru, vaksinasiyanın sürətlənməsi və dövlət tərəfindən görülmüş fiskal və maliyyə tədbirləridir.

Qazet.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur "APA-Economics"in sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, "OPEC+" kvotalarına uyğun olaraq hasilatın, neft və qazın qiymətlərinin artması Azərbaycanın beynəlxalq valyuta ehtiyatlarını artıracaq və icmal büdcəsində yaranmış kəsiri azaltmağa kömək edəcək.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına görə, icmal büdcənin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-nə bərabər olub. Beynəlxalq valyuta ehtiyatlarına gəldikdə, son məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 4,8% artaraq 53,2 mlrd. ABŞ dollarına çatıb.

Xatırladaq ki, BVF-nin proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft ÜDM-i 4,5%, gələn ilə isə 3,5% artacaq. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bu il 3%, gələn il isə 2,3% böyüyəcəyi gözlənilir.