Bakı 7˚C Sunny

Canəli Əkbərov dəfn olundu - Fotolar

Maraqlı 16:31 23 okt, 2021

Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib

Canəli Əkbərov dəfn olundu - Fotolar

Ötən gün 81 yaşında yaşında vəfat edən Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.

Qazet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xanəndə II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Mərasimdə sənətkarın ailə üzvləri, sənət dostları iştirak edir.

Qeyd edək ki, iki il əvvəl beyin insultu keçirən xanəndənin vəziyyəti bir neçə gün öncə yenidən pisləşmişdi.

*** 

C.Əkbərov II Fəxri xiyabanda torpağa tapşırılıb.