Castin Biber ilin ən yaxşısı oldu
Musiqi13:2413 sentyabr, 2021

27 yaşlı müğənni ilin ən yaxşısı oldu

Castin Biber ilin ən yaxşısı oldu
Bizi-da oxuyun

Sentyabrın 13-də ABŞ-ın MTV kanalı növbəti musiqi mükafatlarının sahiblərini elan edib.

Belə ki, kanadalı pop müğənni Castin Biber “MTV Video Music Awards-2021”in nominasiyasına görə “İlin İfaçısı” seçilib.

Tədbirdə çıxış edən 27 yaşlı müğənni ötən ilin koronavirus pandemiyası səbəbindən hamı üçün çətin keçdiyini və bu mükafatı qazandığına görə həyat yoldaşı Heyli Bolduinə xüsusi minnətdarlığını ifadə edib.

“İlin İfaçısı” mükafatı uğrunda həmçinin müğənni və aktrisa Ariana Qrande, “Dodja Ket” adı ilə tanınan Amala Ratna, Meqan Piti, Olivia İsabel Rodriqo və Teylor Svift kimi dünyaca məşhur sənətçilər mübarizə aparırdı.

Fikriniz