Bakı 9˚C Sunny

Çavuşoğlu İsrail və Fələstinə səfər edəcək

Cəmiyyət 21:18 23 may, 2022

Qeyd edək ki, görüş zamanı Türkiyə-İsrail əlaqələrinin, habelə regional və beynəlxalq əhəmiyyətli mövzuların müzakirə ediləcəyi də vurğulanıb.

Çavuşoğlu İsrail və Fələstinə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstin və İsrailə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə XİN başçısının səfər çərçivəsində sabah Fələstin Prezidenti Mahmud Abbasla görüşü planlaşdırılıb. Çavuşoğlu həmçinin fələstinli həmkarı Riyad Malki ilə də görüşəcək.

Mayın 25-də isə Türkiyə XİN başçısı İsrailə səfər edəcək. Çavuşoğlu İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən Yair Lapidlə təkbətək və geniştərkibli görüş keçirəcək.

Qeyd edək ki, görüş zamanı Türkiyə-İsrail əlaqələrinin, habelə regional və beynəlxalq əhəmiyyətli mövzuların müzakirə ediləcəyi də vurğulanıb.