Bakı 15˚C Mostly sunny

Cəbrayılda minalardan təmizlənmiş 30 min hektara yaxın ərazidə meşə salınacaq

Cəmiyyət 15:52 29 dek, 2021

10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq

Cəbrayılda minalardan təmizlənmiş 30 min hektara yaxın ərazidə meşə salınacaq

"Cəbrayılda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur".

Qazet.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq: "Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir".