Bakı 20˚C Partly sunny

Cəfər Cabbarlının adı siyahıya niyə salınmadı?

Maraqlı 16:45 20 apr, 2022

"Təmiz heykəl" layihəsinin ilkin mərhələsi həyata keçiriləcək

Cəfər Cabbarlının adı siyahıya niyə salınmadı?

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Abadlıq Xidməti MMC, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Təmiz heykəl” layihəsi keçiriləcək. Layihədə Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin paytaxt ərazisində qoyulmuş heykəllərinin təmizlənməsi ilə bağlı siyahı açıqlanıb.

Qazet.az Kult.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəlinin olmaması müzakirə yaradıb.

Bildiyimiz kimi, “28 May” metrostansiyasının yanında qoyulmuş məşhur heykəl uzun illərdir təmizlənmir. Çirklənmiş heykəlin görüntüsü ətrafından keçən hər kəsi məyus edir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən saytımıza verilən açıqlamada qeyd olunub ki, bu gün "Təmiz heykəl" layihəsinin ilkin mərhələsi həyata keçiriləcək:

“Cəfər Cabbarlının heykəlinin təmizlənməsi layihənin ilkin mərhələsində nəzərdə tutulmayıb. Sözügedən layihənin növbəti mərhələlərində Bakı şəhərində ucaldılmış digər heykəllərin də təmizlənməsi planlaşdırılır”.

Qeyd edək ki, təmizlənəcək heykəllərin siyahısında Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadə, Mikayıl Müşfiq, Mehdi Hüseynzadə, Nəsimi, Fikrət Əmirov, Bülbül, Niyazi, Hacı Zeynalabdin Tağıyev, Yusif Məmmədəliyev, Səməd Vurğun, Aleksandr Puşkin və Volfqanq Amadey Motsartın heykəl və büstləri, “Kitabi-Dədə Qorqud” və "İstiqlal” abidələrinin də adı var.