Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib
Hadisə13:5127 oktyabr, 2021

Karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib
Bizi-da oxuyun

Cəlilabad rayonunda şadlıq sarayının sahibi 4000 manat cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qazet.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində yerləşən “Aytac” şadlıq evində təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat cərimə olunub.

Fikriniz