Bakı 24˚C Sunny

Cəlilabadda uşaq bağçası yanıb

Hadisə 12:34 20 okt, 2021

Hadisə rayonun Kazımabad kəndində qeydə alınıb

Cəlilabadda uşaq bağçası yanıb

Cəlilabad rayonunda uşaq bağçasında yanğın olub.

Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmasa da, uşaq bağçasına ciddi ziyan dəyib.