Bakı 24˚C Sunny

“Çelsi” qələbəni son anda əldən verdi

İdman 23:03 07 may, 2022

Əsas vaxta əlavə olunmuş dəqiqələrdə (90+7) londonlular qələbəni əldən verib - 2:2

“Çelsi” qələbəni son anda əldən verdi

Premyer Liqanın 36-cı turunda “Çelsi” “Vulverhempton”u qəbul edib.

Qazet.az xəbər verir ki, Lukaku 3 dəqiqəyə (56,58) 2 qol (birincisini penaltidən) vursa da, əsas vaxta əlavə olunmuş dəqiqələrdə (90+7) londonlular qələbəni əldən verib - 2:2.

Qeyd edək ki, komandanın keçmiş sahibi Roman Abramoviç klubun amerikalı milyarder Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satılması üzrə müqaviləni məhz bu gün imzalayıb. Belə görünür ki, yeni sahibinin ayağı “Çelsi” üçün elə də düşərli olmayıb.