Bakı 15˚C Showers

"Çelsi"nin futbolçusu "Yuventus"la oyunu buraxacaq

Gündəm 18:22 28 sen, 2021

30 yaşlı yarımmüdafiəçi xəstəlik səbəbindən London təmsilçisinə kömək edə bilməyəcək

"Çelsi"nin futbolçusu "Yuventus"la oyunu buraxacaq

İngiltərənin "Çelsi" klubunun futbolçusu N Qola Kante İtaliyada "Yuventus"a qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununu buraxacaq.

Qazet.az "Goal.com" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi xəstəlik səbəbindən London təmsilçisinə kömək edə bilməyəcək.

Bundan əlavə, fransalı oyunçu İngiltərə Premyer Liqasının VII turunda "Sautgempton"la matçda da meydana çıxmayacaq.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq "Yuventus" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Çelsi"nin "Sautgempton"la görüşü oktyabrın 2-də olacaq.