Bakı 10˚C Sunny

Çempionlar Liqası: Bu gün final oyunu keçiriləcək

İdman 11:20 28 may, 2022

 "Real Madrid" və "Liverpul"un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq

Çempionlar Liqası: Bu gün final oyunu keçiriləcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün final oyunu keçiriləcək.

Qazet.az-ın məlumatına görə, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gələcəklər. Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq matçı yerli FIFA referisi Kleman Türpen idarə edəcək. Qarşılaşma Bak vaxtı ilə saat 23:00-da başlayacaq.

İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olub. Bunların 4-də "kral klubu", 3-də mersisaydlılar qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.

Bu, "Real Madrid" və "Liverpul"un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxıblar. 1980/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/2018 mövsümündə isə İspaniya klubu turnirin qalibi olub.

Bunadək 13 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.

UEFA Çempionlar Liqası

Final

28 may

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İngiltərə)

Baş hakimi: Kleman Türpen (Fransa)

Paris, "Stad de Frans" stadionu