Bakı 10˚C Sunny

"Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - VİDEO (YENİLƏNDİ)

İdman 23:54 09 avq, 2022

Qeyd edək ki, Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.

"Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - VİDEO (YENİLƏNDİ)

Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

xxx

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda 4-cü qol vurulub.

86-cı dəqiqədə meydan sahiblərindən Adama Traore hesab arasındakı fərqi azaldıb - 1:3.

xxx

“Qarabağ” klubu Macarıstan çempionu ilə oyunda hesab arasındakı fərqi üçə çatdırıb.

İbrahima Vadji özünün ikinci, Ağdam komandasının isə üçüncü qoluna imza atıb.

xxx

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.

"Köhlən atlar"ın hücumçusu İbrahima Vadji 55-ci dəqiqədə hesab arasındakı fərqi artırıb - 2:0.

xxx

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında ikinci hissə başlayıb. 

xxx

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Ferentsvaroş” - “Qarabağ” matçında ilk hissə başa çatıb. 

Azərbaycan çempionu ilk yarını 1:0 hesabı ilə öndə bitirib. 

xxx

"Qarabağ" oyunun 7-ci dəqiqəsində hesabı açdı. 

Abdullah Zubir topu rəqibin qapısından keçirdi. 

xxx

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Qazet.az xəbər verir ki, "Groupama Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb. Matçı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.