Bakı 7˚C Sunny

Çempionlar Liqasının finalından əvvəl qarşıdurma baş verib

İdman 01:48 29 may, 2022

Fanatlar stadiona biletsiz daxil olmaq istəyiblər

Çempionlar Liqasının finalından əvvəl qarşıdurma baş verib

UEFA Çempionlar Liqasında İngiltərə "Liverpul"u ilə İspaniya "Real Madrid"i arasında keçirilməli olan final oyunundan öncə qarşıdurma baş verib.

Qazet.az-ın məlumatına görə, polis Fransanın paytaxtı Parisdəki "Stad de Frans"ın hüdudlarından kənarda İngiltərə komandasının azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Fanatlar stadiona biletsiz daxil olmaq istəyiblər.

Qeyd edək ki, görüşü fransalı referi Kleman Türpen idarə edəcək. Görüşün startı nəzərdə tutulduğundan 36 dəqiqə gec - Bakı vaxtı ilə saat 23:36-da verilib.