Cennifer Lopez vaksinasiyaya dəstək konsertində iştirak edib – FOTO/VİDEO
Maraqlı14:1804 may, 2021

Konsertin videoyazısı mayın 8-də yayımlanacaq

title
Bizi-da oxuyun

Amerikalı müğənni Cennifer Lopez koronavirusa qarşı vaksinasiya prosesinə dəstək məqsədilə təşkil olunmuş “Global Citizen: Vax Live” konsertində iştirak edib.

Konsert Kaliforniyadakı “SoFi” stadionunda baş tutub, konsertin videoyazısı mayın 8-də yayımlanacaq.

Səhnəyə çıxan ifaçı yoxsul ölkələrin peyvəndlə təmin olunmasının vacibliyindən danışıb. Daha sonra o, anasını səhnəyə dəvət edib. Lopez bildirib ki, pandemiya səbəbindən builki milad bayramını anasıyla birlikdə keçirə bilməyib. Müğənni anasından uşaqlıqda ona dediyi laylanı oxumağı xahiş edib və anası onun sözünü yerə salmayaraq, Nil Daymondun “Sweet Caroline” mahnısını ifa edib.

 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0