Bakı 21˚C Sunny

Cənubi Koreyada "İnternet Explorer"ə edilən dünya səviyyəli zarafat

Maraqlı 12:48 20 iyn, 2022

Brouzerin qəbir daşı hazırlanıb

Cənubi Koreyada "İnternet Explorer"ə edilən dünya səviyyəli zarafat

17 iyun 2022-ci ildə Cənubi Koreyanın Gyeongju şəhərindəki proqram mühəndisi Jung Ki-young tərəfindən “İnternet Explorer” brauzerinə qəbir daşı hazırlanıb.
Qazet.az xəbər verir ki, qəbir daşı kafenin damında yerləşdirilib.
Mühəndis brauzerin ölümünü xatırlatmaq üçün baş daşına 430.000 von (330 dollar) xərcləyib. 

1995-ci ildən istifadəyə verilən "Explorer" milyardlarla kompüterdə əvvəlcədən quraşdırılmış Microsoft-un Windows əməliyyat sistemi ilə birləşdiyi üçün on ildən çox müddət ərzində dünyanın aparıcı brauzeri olmuşdu.
 

Jung qeyd edib ki, məzar daşı ilə insanları güldürmək niyyətində olub.

"Explorer-ə təşəkkür etməyim üçün başqa bir səbəb yarandı, mənə dünya səviyyəli zarafat etməyə imkan verdi. Onun getdiyinə görə təəssüflənirəm" deyə qeyd edib.

 

 

Qaynaq