Bakı 20˚C Partly sunny

Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək

Siyasət 17:26 05 iyn, 2022

Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək

Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə iyunun 6-da Türkiyəyə səfər edəcək.

Qazet.az xəbər verir ki, Türkiyə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.