Bakı 9˚C Windy

Ceyms Bond ekranlara qayıdacaq

Maraqlı 12:28 06 dek, 2021

Ceyms Bondun geri dönəcəyinə əminlik verildi

Ceyms Bond ekranlara qayıdacaq

Xəfiyyə Ceyms Bond barədə 25-ci film “Ölməyə vaxt yoxdur”un prodüseri Barbara Brokkoli super agentin geri dönəcəyini açıqlayıb.

Qazet.az xəbər verir ki, baş rolun ifaçısı Deniel Kreyqin franşizadan gedişindən sonra 007-nin ekranlara necə dönəcəyini hələ bilmir.

 

“Lakin bu, mütləq baş verəcək. O, qayıdacaq. Ceyms Bondun geri dönəcəyinə arxayın ola bilərsiniz”, - deyə prodüser bəyan edib.

Qeyd edək ki, adıçəkilən cəsus trilleri 2021-ci ilin və ümumilikdə pandemiya dövrünün ən çox gəlir gətirən Hollivud kinofilmi olub. Onun kassa gəlirləri 733 milyon dolları ötüb.