Bakı 21˚C Sunny

Çimərlik futbolu üzrə Azərbaycan yığması Almaniyanı məğlub edib

İdman 19:46 02 iyl, 2022

Qarşılaşma Azərbaycan millisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb

Çimərlik futbolu üzrə Azərbaycan yığması Almaniyanı məğlub edib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Qazet.az-ın məlumatına görə, yığma B qrupunun II matçında Almaniya kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəlki görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzan komanda iyulun 3-də İspaniya ilə qarşılaşacaq.