Bakı 16˚C Partly sunny

Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir

Biznes 23:34 05 dek, 2021

Qeyd edək ki, litium və mis elektromobillər və smartfonlar üçün akkumulyatorlar da daxil olmaqla bir sıra məhsulların istehsalı üçün vacib resurslardır.

lenta.ru

Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir

Əfqanıstandakı mis və litium yataqlarına çıxış əldə etmək istəyən ÇXR-in dağ-mədən sənayesinin nümayəndələri Talibanla danışıqlar aparmaq üçün Əfqanıstana səfər ediblər.

Qazet.az  xəbər verir ki, danışıqlar Çinin əvvəllər işlənməsi üçün lisenziyası olan Mes Aynak bölgəsindəki mis yatağı ilə bağlı gedib. Lakin qeyd olunur ki, Çin şirkətləri ilə Taliban arasında danışıqlar ilkin mərhələdədir və Çinin Əfqanıstanda mədən hasilatını bərpa edəcəyinə zəmanət yoxdur.

Qeyd edək ki, litium və mis elektromobillər və smartfonlar üçün akkumulyatorlar da daxil olmaqla bir sıra məhsulların istehsalı üçün vacib resurslardır.