Bakı 15˚C Mostly sunny

Çində yeni infeksiya dalğasına qarşı kütləvi test aparılır

Gündəm 12:58 04 iyl, 2022

Milli Səhiyyə Komissiyası məlumat verib

Çində yeni infeksiya dalğasına qarşı kütləvi test aparılır

Şanxay və Şərqi Çinin bəzi hissələrində yeni infeksiya dalğasının qarşısını almaq məqsədilə kütləvi COVİD-19 testləri aparılır.
 Qazet.az xəbər verir ki, Çin, iqtisadiyyatnı dirçəltmək üçün mübarizə apararkən digər tərəfdən də ciddi məhdudiyyətlərlə üzləşir. Yerli hakimiyyət orqanlarından “Dinamik COVİD-19 sıfır” strategiyasında yeni infeksiyaların aşkar edilməsini və tədbirlər görülməsini sürətləndirib. 
Qeyd edək ki, virusa yoluxanların sayı həftə sonu 300-ü keçib. 
 Milli Səhiyyə Komissiyasının bazar ertəsi verdiyi məlumatda bildirilir ki, iyulun 3-də cəmi 380 yeni, yerli infeksiyanın olduğunu, onlardan 41-i simptomatik, 339-u isə asemptomatik olduğunu bildirdi.
Ölkədə ölənlərin ümumi sayı 5,226 nəfər olmaqla yeni ölüm halları qeydə alınmayıb.
Eyni zamanda Anhui əyalətində 1,7 milyon insan karantinə alınıb.

Qaynaq