Bakı 16˚C Partly sunny

Cinsi zəifliyin düşməni, qüvvənin dostu - KİŞİLƏR ÜÇÜN

Gündəm 02:02 12 okt, 2021

Bu çərəzdən imtina etməyin. Badam yeyin ki, özünüzü gənclik illərinizdəki kimi enerjili və güclü sayasınız.

Cinsi zəifliyin düşməni, qüvvənin dostu - <span style="color:red">KİŞİLƏR ÜÇÜN</span>

İntim həyatlarında problemi olanlar, cinsi zəiflikdən şikayətlənənlər tez-tələsik apteklərə üz tutub xüsusilə, xarici kanallarda geninə boluna reklam olunan, qəbulundan sonra mənfi fəsadlar yaradan kimyəvi dərman pereparatlarını almağa, həkim təyinatı olmadan qəbul etməyə tələsməsinlər. Çünki bu problemi həll edə biləcək təbiətin bəxşişi olan badam adlı bir təbii və möcüzəvi afrodiziak var.

Qazet.az sağlamlıqla bağlı badamın bu və digər faydaları haqqında növbəti yazını təqdim edir.

Mütəxəssislərin elmi araşdırmaları nəticəsində məlum olub ki, badam potensiya zəifliyi üçün ən güclü təbii vasitələrdən biridir. Badamın tərkibində çoxlu miqdarda arginin adlı amin turşuları var ki, o, cinsi orqanlara qan axınını yaxşılaşdırır, kiçik çanaq üzvlərində qan təchizatını stimullaşdırır, spermatozoidlərin sayını və hərəkətliliyini artırır, potensiyanın normallaşmasında klinik effektli təsir göstərir. Arginin əhval-ruhiyyəni yüksəldir, insanı aktivləşdirir, cinsi fəaliyyətinə müsbət təsir göstərir. Cinsi üzvlərin fəaliyyətində iştirak edən arginin kişilərdə testosteronun ifrazını artırır. Məhz buna görə də badam normal intim həyata sahib olmaq istəyən kişilər üçün ən dəyərli qida məhsulu sayıla bilər.

Badamın faydalı xüsusiyyətləri bununla bitmir.

Orqanizm üçün zəruri olan kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, A, C, E, B qrup vitaminlərlə zəngin olan badamın sağlamlıq üçün faydalarını saymaqla bitməz.

Badam ürək və damarlar üçün faydalıdır.

Qan təzyiqini aşağı salır.

Qanda şəkərin səviyyəsini tənzimləyir.

Fiziki və zehni yorğunluğu aradan qaldırır.

Xərçəng xəstəliklərinin profilaktikası üçün yaxşı vasitədir.

Stressə qarşı mübarizə aparır.

Orqanizmin immun sistemini gücləndirir.

Qanda xolesterenin səviyyəsini aşağı salır.

Sinir sisteminə müsbət təsir göstərir.

Badam həmçinin qaraciyərin və dalağın fəaliyyətini normallaşdırır.

Qanı təmizləyir.

Bütün bu faydaları ilə yanaşı badam xoşagələn çərəzlərdən biridir. Siqaret çəkənlər tütünün təbi gələndə bir-iki badam yeməklə bu zərərli vərdişdən yavaş-yavaş uzaqlaşa bilərlər və siqaretə xərclədikləri pulu badam almağa sərf etməklə sağlamlıqlarında dönüş yaratmış olarlar.

Bu çərəzdən imtina etməyin. Badam yeyin ki, özünüzü gənclik illərinizdəki kimi enerjili və güclü sayasınız. Nəzərə alın ki, sağlam olmaq üçün normal intim həyatın olması vacib şərtlərdən biridir.