Bu çimərliklərə getməyin!
Azərbaycanda çimərlik mövsümü rəsmi qurumların suyu təmiz olmayan, buna görə bəzi çimərliklərdən istifadəyə qadağa qoyması fonunda başlayıb.
Qazet.az xəbər verir ki, Səhiyyə Nazirliyi istifadəsi qadağan edilən çimərliklərin siyahısını açıqlayıb: Şıx, Sahil, Hövsan, Türkan, Pirşağı və Sumqayıt çimərlikləri.
Tibb mütəxəssisləri çirkli dəniz suyu ilə təmasın çox ağır nəticələrinin ola biləcəyini bildirir və insanlara tövsiyə olunmayan çimərliklərdən uzaq durmağı məsləhət görür.
Amma qadağalar, xəbərdarlıqlar hər il yayın istisində sərinləmək üçün bu cür çimərliklərə üz tutanların sayına təsir etmir. Bəs, tövsiyə olunmayan yerlərdə dənizə girənlər hansı xəstəliklərlə üzləşə bilərlər və fəsadları necə aradan qaldıra bilərlər?

Çirkli su hansı xəstəliklərə səbəb ola bilər?
İnfeksionist Vüqar Cavadzadə BBC Azərbaycancaya deyib ki, tövsiyə olunmayan yerlərdə dənizə girənlər "bir sıra xəstəliklərə, o cümlədən vəba, salmonez, meningit kimi xəstəliklərə yoluxa bilərlər".
Onun sözlərinə görə, dəniz suyunun çirklənməsi "əsasən sudakı patogen bağırsaq çöplərinin olması ilə" baş verir.
Mütəxəssis bu törədicilərin bəzilərinin insan orqanizmində xəstəlik yarada bildiyini bildirir:
“Bu törədicilər insan orqanizminə daxil olub, mədə-bağırsaq infeksiyaları yarada, orqanizmdə ağır fəsadlara yol aça bilərlər".
Vüqar Cavadzadə deyir ki, bəzi patogen bağırsaq növləri insan orqanizminə düşsə, mədə-bağırsaq pozğunluğu baş verə, bəziləri bağırsağı zədələyərək ishala səbəb ola bilər: “Bu xəstəliklər nəticəsində orqanizm su itirir və bu da orqanizmdə hipobolemik şokla nəticələnir”.
İnfeksionist deyir ki, əlamətləri vəbaya oxşadığı üçün onu vəbayabənzər xəstəlik də adlandırırlar.
Vüqar Cavadzadə çirkli dəniz suyundakı bağırsaq çöplərinin qana keçə bildiyini və bu zaman işerixiya mənşəli sepsisin əmələ gəlməsinə rəvac verdiyini vurğulayır: "Bu zaman da ölüm halı həddən artıq yüksək olur”.
Həkim işerixiya mənşəli törədicilərin meningitlərə (beyin qişasının iltihabı) səbəb ola bildiyini də diqqətə çatdırır.
“Salmonellaların da müxtəlif növlərinə rast gəlinə bilir. Salmonez xəstəliyi də mədə-bağırsaq pozğunluğu ilə yanaşı, sepsislərlə nəticələnə bilər. Dəniz (çirkli) suyunda qarın yatalağına, qorxulu hesab etdiyimiz vəba xəstəliyinə də rast gəlinə bilər. Digər tərəfdən bu suda parazitar xəstəliklərin törədiciləri ola bilər. İnsan dənizə gedir ki, günəş şüası qəbul etsin. Bunun müqabilində müxtəlif bakterial, göbələk, ya da parazitar xəstəliklərə tutula bilərlər".

Kim yoluxa, kim yoluxmaya bilər?
Amma bakterioloji çirklənmiş ərazidə çimən şəxslər həkimin sadaladıqları bakteriyalara yoluxmaya da bilər. Bunun üçün sağlam mədə-bağırsaq sisteminə sahib olmaq lazımdır:
"Əgər mədə-bağırsaq sistemi qaydasında deyilsə, turşuluq azdırsa, atrofik qastritləri varsa, mədədə və ya mədə-bağırsaq sistemində vaxtilə əməliyyat edilibsə, xora xəstəliyi və ya disbakteriozu varsa, bu insanların işerixiyalara - yəni, bağırsaq çöplərinə yoluxma şansı həddindən artıq çoxdur”.
Bəs, yoluxduğunu necə bilməli?
İnfeksionist deyir ki, çirkli suya girən şəxslərin yoluxmasının meydana çıxmasında bir neçə şərt var.
“Birincisi, yanaşı xəstəliyi olan şəxslərin yoluxma ehtimalı yüksəkdir. İkincisi, şəxsin qəbul etdiyi törədicinin miqdarıdır. Az miqdarda törədici qəbul edibsə, mədənin şirəsi hansı ki, tərkibində xlor turşusu var, onu məhv edəcək. Yox, əgər çox qəbul edibsə, mədə-bağırsağın vəziyyəti yaxşı deyilsə, şəxs xəstələnəcək. Buna inkubasiya dövr deyilir. Bu inkubasiya dövrü insandan asılı olaraq, dəyişir.
Vüqar Cavadzadə deyir ki, yoluxduqdan təxminən 4-5 gün sonra xəstələrdə klinik əlamətlər başlayır.
“Əsas əlamətlər qarında ağrılar, zəif istiliyin, ishalın olmasıdır. Ürəkbulanma-qusma o qədər olmur, ancaq ola da bilər. İshal isə ağır hallarda gün ərzində 20-30 dəfəyədək müşahidə edilə bilər”.
Həkim deyir ki, xəstəlik yaradan “patogen işerixiyalar əsasən kanalizasiya sularının töküldüyü ərazilərdə müşahidə edilir".
“Bu işerixiyalar da suyun ümumiyyətlə bakterioloji çirklənmə dərəcəsini müəyyənləşdirir. Əslində dəniz suyunda bağırsaq törədiciləri – patogen törədicilər olmamalıdır. Əgər bağırsaq çöpləri aşkar edilirsə, həmin çimərliklərdə çimmək məsləhət görülmür”, - infeksionist vurğulayır.
Bu əlamətləri olan şəxslər dərhal bunu etsin
Yoluxma hadisəsi olarsa, yoluxmuş şəxslər yaşadıqları ərazi üzrə poliklinikalarda çalışan həkim infeksionistə müraciət etməli və analizlər verməlidirlər.
Mütəxəssis deyir ki, belə hallarda həkimə müraciətin gecikdirilməsi həyat və sağlamlığı təhlükə altına ala bilər.
Qaynaq
Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb
İlan adasında Ukrayna bayrağı qaldırılıb
İngiltərədə məşhur futbolçu həbs olunub
Rəcəbov sonuncu görüşdə qələbə QAZANDI
Ukraynaya daha bir yardım Avstraliyadan gəldi
Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib
Baş Prokurorluq: Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var
Fikriniz
- Rəy yazın
- Rəylər
- Türkiyədə iki terrorçu zərərsizləşdirildi
Qeyd edilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələr iştirak edir, pilotsuz uçuş aparatlarından istifadə edilir.
Dünya05:23 05.07.2022 - Zelenski “taxıl dəhlizi"dən danışdı - VİDEO
Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki , BMT Təhlükəsizlik Şurası iyulda "taxıl dəhlizi" ilə bağlı sazişi təsdiq edə biləcək iclas keçirməyi planlaşdırır.
Dünya04:23 05.07.2022 - Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
Vaşinqton əvvəlcə dörd RYAS haqda danışıb, Kiyevə verildikdən sonra isə artıq səkkiz sistem olduğunu bildirib.
Dünya03:11 05.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Cəmiyyət
Hamısına bax- Kamran Əliyev prokuroru işdən çıxardı
O, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə işdən çıxarılıb
Cəmiyyət16:59 04.07.2022 - Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir
Səhiyyə / sağlamlıq16:47 04.07.2022