Bakı 14˚C Sunny

Cokoviçə görə yüzlərlə insan küçələrə axışdı

İdman 04:12 08 yan, 2022

Xatırladaq ki, Avstraliyanın sərhəd xidməti Novak Cokoviçin bu ölkəyə giriş vizasını ləğv edib. Dünyanın bir nömrəli raketka ustası hazırda karantin rejimində hoteldə qalır.

Cokoviçə görə yüzlərlə insan küçələrə axışdı

Dünyaca məşhur tennisçi Novak Cokoviçə dəstək məqsədilə Serbiya və Monteneqroda aksiyalar təşkil edilib.

Axar.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda geniş iştirakla keçirilən aksiyada yüzlərlə nümayişçi N.Cokoviçə dəstək nümayiş etdiriblər.

Monteneqronun Nikşiç, Berane və Budva şəhərlərində toplaşan aksiyaçılar da N.Cokoviçə dəstəklərini bildiriblər.

Serbiya Prezidenti Aleksandr Vuçiç Avstraliya hökuməti ilə əlaqə saxladığını və N.Cokoviçin saxlandığı otelin əvəzinə ona icarə ilə başqa bir evdə qalmasına icazə verilməsini xahiş etdiyini deyib. N.Cokoviçlə də danışdığını söyləyən A.Vuçiç bütün Serbiyanın tennisçinin yanında olduğunu bildirib.

Xatırladaq ki, Avstraliyanın sərhəd xidməti Novak Cokoviçin bu ölkəyə giriş vizasını ləğv edib. Dünyanın bir nömrəli raketka ustası hazırda karantin rejimində hoteldə qalır.