Bakı 13˚C Sunny

Conson Ukraynaya əlavə hərbi yardım paketini elan edib

Gündəm 21:44 19 may, 2022

Baş nazir Ukraynaya uzaqmənzilli artilleriya, sahil-gəmi raketləri və pilotsuz uçuş aparatlarının tədarükünə də diqqət çəkib.

Conson Ukraynaya əlavə hərbi yardım paketini elan edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya əlavə hərbi yardım paketini elan edib.

Qazet.az-ın məlumatına görə, bu barədə Boris Conson tviterdə yazıb.

Baş nazir Ukraynaya uzaqmənzilli artilleriya, sahil-gəmi raketləri və pilotsuz uçuş aparatlarının tədarükünə də diqqət çəkib.

“Bu, bizim Ukraynaya 1,3 milyard funt-sterlinqlik əlavə hərbi yardım paketimizin bir hissəsidir”, - Conson qeyd edib.