Bakı 14˚C Sunny

COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...

Cəmiyyət 17:23 05 dek, 2021

Bir çox ölkəyə yayılan COVID-19-un “Omikron” variantı ilə bağlı narahatlıq və çaxnaşma davam edir

COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...

Cənubi Afrikada aşkar edildikdən qısa müddət sonra bir çox ölkəyə yayılan COVID-19-un “Omikron” variantı ilə bağlı narahatlıq və çaxnaşma davam edir.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, peyvənd istehsalçısı “Moderna” yeni ştama qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib. Peyvənd hazırlanmasında mRNA texnologiyasından istifadə edən “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Berton BBC-yə açıqlama verib. Berton yeni varianta qarşı hazırlana biləcək peyvənddən də danışıb:

“Hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənə biləcəyik. Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”.

Uğur Şahin və Özlem Türecinin şirkəti “BioNTech” də bu variantla bağlı açıqlama verib. Şirkətin sözçüsü qeyd edib ki, “Pfizer” və “BioNTech” aylar əvvəl mRNT peyvəndlərini 6 həftə ərzində yeni mutasiyalara qarşı uyğunlaşdırmaq üçün işə başlayıb. Yeni mutasiyalara qarşı ilk peyvəndlər 100 gün ərzində istifadəyə hazır olacaq.

Digər tərəfdən, “Johnson & Johnson” da peyvəndlərinin “Omikron” variantına qarşı təsirini ölçməyə başladıqlarını açıqlayıb.

Türkiyədə də istifadə edilən Çin peyvənd istehsalçısı “Sinovac” da mövzu ilə bağlı açıqlama verib. Şirkətin bəyanatında bildirilir ki, lazımi məlumatlar alındıqdan sonra “Omikron” variantına qarşı peyvənd hazırlaya bilərlər. Eyni virusa qarşı texnologiya və istehsal dəyişməyəcək, odur ki, çox qısa müddətdə vaksin hazırlanması mümkündür.